Ermənistan parlamentində kritik gün: Növbədənkənar iclas çağırıldı

Ermənistan parlamentində bu gün növbədənkənar iclas keçiriləcək.

Bu barədə parlamentin vitse-spikeri, hakim “Mülki müqavilə” partiyasının üzvü Hayk Koncoryan bildirib.

Qeyd edək ki, bundan əvvəl hakim çoxluq müxalif “Güclü Ermənistan” blokunun irəli sürdüyü üç namizədin seçilməsinə mane olub. Buna cavab olaraq müxalifət parlamentdə qeydiyyatdan keçərək bütün tərkibdə səsvermələrdə iştirak etməyə başlayıb.

Ermənistan parlamentində müxalifətin 41 mandatı var.