Çinin Hençjou şəhərində daşqınlar səbəbindən yüzlərlə zəhərli ilan fermadan qaçıb.
Bu barədə “Sohu” nəşri məlumat verib.
Qeyd olunub ki, yaxınlıqda yerləşən Denvey kəndində ilanlardan biri yerli sakini sancıb.
“Bizim ilkin hesablamalarımıza görə, 800-900 ilan qaçıb. Hazırda bir kənd sakini xəsarət alıb və xəstəxanada təcili yardım alır”, – deyə yerli kənd şurasının rəhbəri bildirib.
O, həmçinin qeyd edib ki, bu ilanları hamısı zəhərli olmayıb, sürünənlərin yalnız bir hissəsi insanlar üçün təhlükə yaradır.




