Böyük Britaniya sakini Ayvi Minan 105 illik yubileyini qeyd edib və uzunömürlülüyünün sirlərini açıqlayıb.
Bu barədə “Daily Mail” yazır.
Minan yubileyini hazırda yaşadığı Raqli qəsəbəsindəki qocalar evində dostları və ailəsinin əhatəsində keçirib. Uzunömürlülüyün sirri ilə bağlı suala o, belə cavab verib:
“Mənim üçün bu bir tapmacadır — sadəcə yaxşı bir həyat və xoşbəxt evlilik”.
Qadın digər mümkün sirr kimi yaxşı yuxunu göstərib.
Minan İkinci Dünya müharibəsi veteranıdır. O, dörd il Britaniya ordusunun qadın bölməsində xidmət edib.




