Azərbaycan Milli Konservatoriyasının rektorunun əmri ilə Altun Süleymanov təltif olunub

Azərbaycan Milli Konservatoriyasının rektorunun əmrinə əsasən, akademik göstəriciləri, eləcə də ali təhsil müəssisəsinin ictimai, mədəni və yaradıcılıq həyatında dörd il ərzində nümayiş etdirdiyi fəal və səmərəli fəaliyyətinə görə Altun Süleymanov təşəkkürnamə ilə təltif olunub.

Təltif Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaş-zadə tərəfindən təqdim edilib.

Altun Süleymanov təhsil aldığı müddətdə Konservatoriyanın müxtəlif elmi, mədəni və ictimai layihələrində, konsert proqramlarında, festivallarda və digər tədbirlərdə fəal iştirak edərək ali təhsil müəssisəsinin ictimai həyatına mühüm töhfələr verib. Onun həm akademik nailiyyətləri, həm də yaradıcılıq fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, Altun Süleymanov akademik vokal və opera ifaçısı kimi respublika və beynəlxalq müsabiqə və festivalların laureatıdır. O, Azərbaycan musiqi mədəniyyətinin təbliği istiqamətində müxtəlif konsert və mədəni layihələrdə uğurla çıxış edərək ölkəmizin musiqi sənətinin inkişafına töhfə verməyə davam edir.

Bu təşəkkürnamə Altun Süleymanovun Azərbaycan Milli Konservatoriyasında keçdiyi dördillik təhsil dövründə qazandığı akademik nailiyyətlərin, ictimai fəallığının və yaradıcılıq sahəsində göstərdiyi xidmətlərin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.