Ağdamın “Qarabağ” futbol klubu heyətini macarıstanlı oyunçu Bence Varkonyi ilə gücləndirib.
Bu barədə klub məlumat yayıb.
24 yaşlı mərkəz müdafiəçisi ilə imzalanan sözləşmənin şərti və təfərrüatı hələ ictimaiyyətə açıqlanmayıb.
Qeyd edək ki, macarıstanlı müdafiəçi Bence Varkonyi 2024-cü ildən etibarən “Zalaeqerseq” komandasının şərəfini qoruyurdu.
Xatırladaq ki, Varkonyi Ağdam təmsilçisi üçün bu mövsümün sonu komandadan ayrılan Kevin Medinanın boşluğunu doldurmaq məqsədi ilə olduqca önəmli transfer hesab edilir.




