Paşinyanı küçə döyüşləri ilə devirəcəklər – Rusiyanın adamı anons verdi

“Seçkilərdə ikinci yeri tutan “Güclü Ermənistan” bloku Nikol Paşinyana qarşı həm parlamentdə, həm küçədə mübarizə aparacaq”.

Bu barədə blokun lideri, erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan deyib.

Karapetyan bildirib ki, gələcəkdə atacaqları addımlar siyasi məqsədlərinə çatmaq üçün hansı yolun effektiv olmasından asılı olacaq.

“Əgər Paşinyanı parlament vasitəsilə qısa müddətdə vəzifəsindən uzaqlaşdıra biləcəyimizə əmin olsaq, qanunverici orqana gedəcəyik. Lakin küçə döyüşlərindən istifadə etməli olsaq, bunu edəcəyik”, – o, məhkəmə iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, əsas məqsədləri parlamentdə yer qazanmaq yox, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır. Karapetyan Paşinyanın qələbəsini şübhə altına alıb.