Bill Qeytsdən Epşteyn etirafı: Onunla görüşmək böyük səhv idi

Microsoft”un qurucusu Bill Qeyts Cefri Epşteyn qalmaqalı ilə bağlı ABŞ Konqresinin Nəzarət Komitəsində qapalı iclasda ifadə verib.

Qeyts ifadəsində Epşteynin cinayət xarakterli fəaliyyətlərinə şahid olmadığını bildirib.

O, Epşteynin şəxsi mülklərinə, adasına, fermasına və ya Floridadakı evinə heç vaxt getmədiyini deyib.

Milyarder 2011-ci ildə Epşteyn ilə tanış olduğunu və onun qlobal səhiyyə layihələri üçün böyük maliyyə dəstəyi vəd etdiyini bildirib. Qeyts həmin dövrdə Epşteynin keçmiş hüquqi problemlərindən xəbərdar olsa da, cinayətlərinin miqyasını anlamadığını vurğulayıb.

“Heç kimə zərər verməmişəm və Epşteyn ilə şəxsi münasibət qurmaq istəməmişəm. Görüşlərimizi şəxsi maraqları üçün istifadə etməyə çalışdı. Əslində onunla görüşməməli idim, bu böyük səhv idi”, – deyə Qeyts qeyd edib.