Bakı-Balakən-Bakı qatarının hərəkət cədvəlinə dəyişiklik edilir

Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət cədvəlinə iyulun 1-dən etibarən hər iki istiqamətdə dəyişiklik edir.

Bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, qatar Bakıdan saat 23:30-da (23:50 əvəzinə), Balakəndən isə 21:10-da (22:00 əvəzinə) yola düşəcək.