Ölkədə sosial şəbəkələrdə yaş yoxlaması sərtləşdirilir

Sosial şəbəkələrdə istifadəçilərin yaşının yoxlanılması bank kartı (müvəqqəti vəsait bloklanması), e-poçt və mobil nömrə məlumatlarının qarşılıqlı təsdiqi əsasında aparılacaq.

Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Həvva Hüseynli bildirib ki, provayderlərə də müəyyən öhdəliklər düşür. Yeniyetmələr üçün “sonsuz sürüşdürmə” və avtomatik video oynatma kimi asılılıq yaradan funksiyalar məhdudlaşdırılacaq, valideynlərə isə nəzarət imkanları veriləcək.

Qeyd olunub ki, fərdi məlumatlar yalnız yaşın təsdiqi üçün istifadə edilməli, uyğunluq yoxdursa dərhal silinməli və reklam məqsədilə istifadə olunmamalıdır. Həmçinin zərərli məzmun 24 saat ərzində platformadan çıxarılmalıdır.