İranın liman şəhərində partlayışlar baş verdi

İranın liman şəhəri olan Bəndər-Abbasda, eləcə də Keşm və Sirik adalarında partlayış səsləri eşidilib.

Bu barədə “Press TV” telekanalı “X” sosial şəbəkəsində məlumat yayıb.

“İranın Bəndər-Abbas şəhərində, həmçinin Keşm və Sirik adalarında partlayış səslərinin eşidildiyi barədə məlumatlar var”, – deyə xəbərdə qeyd olunub.

Bundan əvvəl Pentaqonun Mərkəzi Komandanlığı “Apache” helikopterinə edilən hücumdan sonra İrana qarşı cavab zərbələrinin başladığını elan etmişdi. Komandanlıq bəyan etmişdi ki, bu zərbələr Amerika helikopterinə edilən hücuma “mütənasib cavab” xarakteri daşıyır.