BMT-nin Baş katibi vəzifəsinə namizəd, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan Rusiya-Ukrayna münaqişəsinin həlli çərçivəsində bütün tərəflərlə dialoqa çağırıb.
O, bu barədə “RİA Novosti”yə müsahibəsində danışıb.
O, bütün tərəflərlə qarşılıqlı əlaqənin münaqişələrin həllinin yeganə yolu olduğunu bildirib.
Bundan əvvəl Qrinspan Rusiyanın BMT-nin vacib üzvü olduğunu və dünya təşkilatının fəaliyyətində fəal iştirak etdiyini bəyan edib. O hesab edir ki, gündəlikdəki vacib məsələlərin müzakirəsi və həlli zamanı Rusiyanın potensialından istifadə olunmalıdır.
Qeyd edək ki, BMT-nin Baş katibi postuna Çilinin keçmiş prezidenti Mişel Baçelet, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi, Rebeka Qrinspan, Seneqalın keçmiş prezidenti Maki Sall və Ekvadorun sabiq xarici işlər naziri Mariya Fernanda Espinosa iddia edir.
Təşkilatın hazırkı, sayca doqquzuncu rəhbəri Antoniu Quterreşdir. O, öz vəzifəsinin icrasına 2017-ci il yanvarın 1-də başlayıb və səlahiyyətləri cari il dekabrın 31-də başa çatır.




