İran millisinə qadağa

ABŞ hakimiyyəti İran milli futbol komandasının oyunçularının dünya çempionatı matçları xaricində ölkəyə daxil olmasını qadağan edib.

Tehran bu hərəkətləri siyasi motivli adlandırıb və Vaşinqtonu milli komandaya qarşı ayrı-seçkilik etməkdə ittiham edib. İran səfirliyi də Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasından (FİFA) məsələyə müdaxilə etməyi xahiş edib.

Qeyd edək ki, 2026-cı il Dünya Kuboku iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.