Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib ki, iyunun 15-də Avropa İttifaqı (Aİ) Ukraynanın üzvlüyü ilə bağlı danışıqlara rəsmi olaraq başlayacaq.
Bu barədə “Ukrinform” məlumat yayıb.
Kosun sözlərinə görə, ədliyyə, institutlar, satınalma sistemi, eləcə də maliyyə nəzarəti və statistika məsələlərini əhatə edən birinci qanunvericilik klasteri çərçivəsində danışıqlara rəsmi start vermək üçün iyunun 15-də Ukrayna ilə hökumətlərarası konfransın keçirilməsi planlaşdırılır.
“Qanunun aliliyi ən vacib addımlardan biridir. Hər şey ondan başlayır və onunla başa çatır. Bunun təsdiqlənməsi namizəd ölkəyə Aİ üzvlüyünə doğru irəliləyişinin ciddi olduğunu göstərən bir növ sertifikat verir”, – deyə Kos izah edib.




