Filippində qeydə alınan yeraltı təkanların ardınca verilən sunami xəbərdarlığı səbəbindən Yaponiyanın altı prefekturasında 181 min sakin təxliyə olunur.
Bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilib ki, evakuasiya tədbirləri Okinava, Koti, İbaraki, Mie, Kaqosima və Miyadzaki əyalətlərini əhatə edir. Sahilboyu ərazilərdə olan bütün vətəndaşlara təcili olaraq təhlükəsiz məkanlara sığınmaq məsləhət görülüb.
Filippində baş verən zəlzələdən sonra Yaponiyanın bir çox bölgələrində sunami təhlükəsi barədə xəbərdarlıq edilib. Nəhəng dalğaların ən cənub nöqtələrdən başlayaraq Tokio yaxınlığında yerləşən Tiba prefekturasına qədər geniş bir əraziyə təsir edəcəyi ehtimal olunur.




