Rusiya növbəti “3+3” formatında görüşün Bakı və ya İrəvanda keçirilməsinə ümid edir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, jurnalistlərin suallarını cavablandıran Rusiyanın xarici işlər nazirinin müavini gələcək danışıqlarla bağlı ölkəsinin mövqeyini açıqlayıb.
Onun sözlərinə görə, Moskvanın növbəti dialoq mərhələsi ilə bağlı artıq müəyyən təsəvvürü formalaşıb və Rusiya “3+3” formatında keçiriləcək növbəti görüşün Bakı və ya İrəvanda təşkil olunacağını gözləyir.
Nazir müavini qeyd edib ki, bununla bağlı tərəflər arasında müvafiq müzakirələr davam edir.
O, görüşün təşkili ilə bağlı hər hansı maneələrin olub-olmaması barədə əlavə məlumat verməyib.




