İnsanlarında unikal “superqabiliyyət” aşkar edilən ölkə

Adi insan yüksək dağlıq ərazilərdə nəfəs darlığı, güclü baş ağrıları və zəiflik yaşayır. Bunun əsas səbəbi oksigen çatışmazlığıdır. 

Mütəxəssislər eyni şeyin Tibetin və Nepalın yerli sakinləri haqqında deməyin mümükün olmadığını qənaətinə gəliblər. 

Məlumdur ki, müəyyən mühit şəraiti insan orqanizminə zərər verə bilər. Məsələn, alpinistlər tez-tez yüksəklik xəstəliyindən əziyyət çəkirlər. Bu, atmosfer təzyiqinin azalmasına orqanizmin reaksiyasıdır və nəticədə hər nəfəs zamanı bədən daha az oksigen qəbul edir.

Buna baxmayaraq, oksigen səviyyəsinin son dərəcə aşağı olduğu Tibet yaylasının yüksək dağlıq ərazilərində insan icmaları min illərdir uğurla yaşayır. Regionun təxminən 10 min ildən artıq müddətdə məskunlaşması ərzində burada yaşayan insanların orqanizmi dəyişib. Bu dəyişikliklər onların əksər insanlarda toxumalara kifayət qədər oksigen çatdırılmaması ilə nəticələnən hipoksiya vəziyyətinə qarşı daha davamlı olmasına imkan verib.

Alimlər hesab edirlər ki, fizioloji xüsusiyyətlər də mühüm əhəmiyyət daşıyır. Yüksəklik şəraitinin təsirinə baxmayaraq, aşağı ərazilərdə yaşayan insanlara xas fizioloji göstəricilərə daha yaxın xüsusiyyətlərə malik nepallı qadınlar ümumilikdə daha yüksək reproduktiv uğur nümayiş etdiriblər.