Duyğularımızın hakimi özümüzük?

 Hər birimizin həyata baxışlarımız oxşar olsa da, bilgilərimiz, arzularımız, xarakterimizə, bacarqlarımıza uyğun fərqli düzənlər yaranır.
 Bütün düzənlərin yaradıcısı olan insanlar zamanla dəyişsə də duyğuların hakimi kürsüsünü tərk etmir.
 Bu ilahi vergini inkar edə bilmərik. İlahi varlığın dünyaya hakimliyinə inamı da.
 Duyğularımızın hakimi özümüz olsaq da, onları yaradan da həyatdır.
 Genlərdən, qandan, yaşam görüntülərindən, hisslərdən yaranan duyğular ömrümüzə fərqli damğalar vurur.
 Ağlımız da duyğulara tabedir, öyrəndiklərimiz də, qərarlarımız da.
 Duyğulardan başlayan yaşam anlayışı bütün addımlarımızda onun müşayyiəti ilə də davam edir.
 Heç kim deyə bilməz ki, hamı eyni o duyğularla yaşasa, dünya necə idarə oluna bilər…
 Dünya xeyir və şər mübarizəsi ilə idarə edilir, yoxsa dünya xeyir və şər anlayışını öyrətmək üçün yaradılıb?
 Yenə də cavabsız suallar…
Amma onlar da duyğularımızın hakimliyinə sədd çəkə bilmir.
 Duyğularda da xeyir də var, şər də…
 Səbəbləri əsrlər boyu araşdırılan anlaşılmazlıqlar da duyğuları dəyişmir, ona revanı verir, hakimlik edə bilmir.
 Səmavi dünya da, gündəlik ətrafımızda baş verənlər də duyğuların təsiri ilə oxşar, fərqli həyati anlamları yaradır.
 Bu anlamlar ömür yolunda bizi idarə etsə də, sabitlik və inkişaf arzularımızı dəyişmir.
 Yaşam budur: duyğuların hakimliyinə inanmaq, onun yolu ilə getmək – özümüzü tapmaq.
 Kimliyimizə özümüz qərar verə bilmərik. O da ətrafımızdan asılıdır.
 Dünyada qəbul olunan xeyir və şər anlayışının düşüncələrdəki fərqi xoş həyat arzularına əngəl törətməyəcək halda olsun.
 Düşüncələrimizə hakimlik xeyirin həqiqətinin yolunu kəsməsin. 
 Fikirlər yenə arzulara dirənir.
 Mən özüm xeyirli yolda görürəm (öz fikrimi deyil, ətrafdakılar deyir), hamıya da bunu arzu edirəm.
 Onu da bilirik ki, bir çox şər qüvvələrin yolu xeyirlə kəsilmir.
 Cəzalar, ölümlər hələ ki, xeyiri qorumaq üçündür.
 Təəssüf ki, hər yerdə yox…
 Bəli, dünyanı idarə edən duyğuların hakimliyidir.
 Bu hakimlik gözəl duyğulara olsun – saysız insani duyğuların möhtəşəm simasına…

Sənubər Səhər