Basketbol üzrə 27-ci Azərbaycan çempionatına start verilib

0
440

Basketbol üzrə 27-ci Azərbaycan çempionatına “Zirvə Astara”-Gəncə” oyunu ilə start verilib.
Elə birinci hissədə təşəbbüsə yiyələnən “Zirvə” böyük fasiləyə tutarlı xal üstünlüyü ilə yollanıb – 50:29.
Qalan iki hissə “Gəncə”nin diktəsi ilə keçsə də, ilk yarıda qazanılan xal üstünlüyü oyunu “Zirvə”nin qələbəsi ilə nəticələndirib – 77:56.
Ölkə birinciliyində 8 komanda – “Atletik”, “Atom”, “Zirvə Astara”, “Gəncə”, “Sərkərdə”, “Sıçrayış”, “80-lər” və “Xırdalan” iştirak edir.
Birinci turun növbəti oyunları – “Sərkərdə”- “Atom”,
“Xırdalan”- “Atletik” və “Sıçrayış”- “80-lər” oktyabrın 12-də keçiriləcək.