Okeanın dibində sirli yol aşkarlandı: “Sarı kərpic cığır” hər kəsi heyrətləndirdi

Alimlər Havay adaları yaxınlığında okeanın dərinliyində “sarı kərpicdən cığır”ı xatırladan qeyri-adi yol aşkar ediblər.

Bu tapıntı nadir geoloji hadisə hesab olunur.

Məlumata görə, struktur sualtı vulkanik süxur olan Hiakloklastitdən ibarətdir və lava sürətlə soyuyarkən yaranan çatlar nəticəsində bu cür formalaşıb.

Qeyd olunub ki, bu çatlar demək olar ki, 90 dərəcə bucaq altında yaranaraq süni “kərpic düzülüşü” effekti yaradır.

Alimlər bildirirlər ki, okean dibinin çox kiçik hissəsi öyrənildiyindən bu cür kəşflər Yer geologiyasını daha yaxşı anlamağa kömək edir.