Çərşənbə günü hərracların açılışında Avropa birjalarında qazın qiyməti ABŞ və İran arasında ikihəftəlik atəşkəs xəbərləri fonunda 18% ucuzlaşıb.
Bunu Londonun ICE birjasının göstəriciləri təsdiq edir.
Niderlandın TTF habında may füçerslərinin dəyəri 1000 kubmetr üçün təqribən 518 dollara və ya hər meqavat-saat üçün 42.905 avroya qədər enib (avro/dollar məzənnəsinə əsasən, ICE-də qiymətlər avro/MVt/s ilə göstərilir).




