Vətənin yenilməz əsgəri!

Qəbələ rayonunun Nohurqışlaq kəndindən olan şəhidimiz  Niftaliyev Novruzun üçüncü il dönümü dərin ehtiramla qeyd olundu.

Anım tədbirində şəhidin ailə üzvləri, qazilər, kənd sakinləri və din xadimləri iştirak edərək, Vətən uğrunda canından keçmiş qəhrəmanımızın əziz xatirəsini hörmət və minnətdarlıqla yad etdilər.

Tədbir zamanı şəhidlərimizin göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs olundu, onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağı vurğulandı. Çıxış edənlər bildirdilər ki, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən oğullarımız heç zaman unudulmayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Onların əziz xatirəsi daim uca tutulacaqdır

Təranə Alməmmədova 
 Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri