SON DƏQİQƏ: Türkiyə bu bölgəyə F-16 qırıcıları göndərdi

Türkiyə Şimali Kiprə 6 ədəd F-16 təyyarəsi yerləşdirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu addım regionda baş verən son hadisələr kontekstində Şimali Kiprin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə atılıb:

“Belə ki, 6 ədəd F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri bu gündən etibarən Şimali Kipr Türk Respublikasında yerləşdirilib. Hadisələrin gedişatına uyğun olaraq ehtiyac yarandığı təqdirdə əlavə tədbirlərin görülməsinə davam ediləcək”.

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Mülki Aviasiya Departamentinin direktoru Aşkın Meşeli Türkiyənin bu gün səhər ŞKTR-yə 6 ədəd F-16 qırıcı təyyarəsi göndərəcəyini bildirmişdi. O, təyyarələrin təhlükəsizlik məqsədilə göndərildiyini və yerləşdirilmənin mülki uçuşlara təsir etməyəcəyini açıqlayıb.