Ukrayna hərbçiləri 300 kvadratkilometr ərazini azad etməyi bacarıblar.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Frans-Pres Agentliyinə (AFP) verdiyi müsahibədə bildirib.
Prezident qeyd edib ki, bu, cəbhənin cənub bölgəsində baş verib. Ukrayna əsgərləri cənubda irəliləyir.
“Təfərrüata varmayacam, amma bu gün ilk növbədə ordumuzu – bütün müdafiə qüvvələrini – təbrik edə bilərəm, çünki bu günə qədər 300 kvadrat kilometr ərazi azad edilib”, – deyə Prezident qeyd edib.
Zelenski Ukrayna əsgərlərinin bu uğura hansı dövrdə nail olduqlarını dəqiq açıqlamayıb.




