“Azərbaycan benzini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir. Boykot çağırışları görmüşəm, amma növbələrin də olduğunu öyrənmişəm”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyada bildirib.
“Sülh bərqərar olub, əməkdaşlıq cəhdləri var, amma bu, lazımi addımları atdığımız anlamına gəlmir.”
Qeyd edək ki, Azərbaycan 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 benzini Gürcüstan-Ermənistan dəmir yolu vasitəsilə Ermənistana çatdırıb. Bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.




