İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində növbəti təqdimat

0
527

İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “İztirablı könül” Anhui Əyaləti Huiju Teatrının tamaşası (Çin) (Azərbaycan dilində subtitrlər ilə) təqdim olunub.
Uilyam Şekspirin “Makbet” əsərinin motivləri əsasında hazırlanmış səhnə əsəri böyük maraqla qarşılanıb.
Tamaşanın köməkçi prodüser Ji Guoping, baş prodüser Zhang Juhuai, ssenari müəllifi Sun Qiang, direktor Su Qinna, musiqisi isə Su Zhiyuan və Zhao Yinhuya məxsusdur.
Huiju Teatrı geniş və dərin Hui mədəniyyətindən əsasını götürmüş Çinin ən qədim teatr formalarından biridir. Huiju operası 400 illik tarixə malikdir. Bu teatr keçmiş ənənələri davam etdirən və gələcək üçün yeni yol açan Çin operalarının inkişafında əhəmiyyətli rol oynayıb. 1970-ci ildə yerli məşhur aktyor Gao Langting imperator Qianlonqun 80 illik yubileyini qeyd etmək üçün özünün Sanqinq Huiju opera truppasının Qinq sülaləsinin paytaxtı olan Pekinə aparıb.
Huiju operasının səhnəsi zəngin və müxtəlifdir. Kostyumlar sadə və zövqlüdür. Teatr öz tarixi boyunca yüksəlişlər və enişlər yaşayıb. Amma onun zəngin irsinin milli xüsusiyyətlər bədii canlılığının davamlı olmasına imkan verir.
Qərb pyeslərinin adaptasiyası ənənəvi operaları yeni formada canlandırılıb. Huiju operasının yaşamasına təminat vermək üçün daha geniş spektrdə tədbirlər görülməsinə çağırır. Bu, Çin operasının yenidən canlandırılması və daha geniş auditoriyaya tanıdılmasının təsirli üsuludur.