“Eurovision-2024” müsabiqəsinin qalibi, İsveçrəli müğənni Nemo 2026-cı ildə İsrailin yarışda iştirakına icazə verilməsinə etiraz əlaməti olaraq qazandığı kuboku geri qaytarıb.
Bu barədə o, Instagram hesabında paylaşım edib.
“Keçən il Eurovision-u qazandım . Bu icmaya sonsuz təşəkkürüm var, amma bu gün artıq düşünürəm ki, kubok mənim rəfimdə olmamalıdır”, – deyə o yazıb.
Qeyd edək ki, Avropa Yayım Birliyinin (EBU) İsrailin 2026-cı il “Eurovision” Mahnı Müsabiqəsində iştirakını təsdiqləməsindən sonra altı ölkə – İspaniya, Hollandiya, Sloveniya, Belçika, İslandiya və İrlandiya – yarışmadan çəkildiklərini açıqlayıb.




