Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, ümumi sahəsi 30 kvadratmetr olan birmərtəbəli bir otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğınsöndürənlər 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızının yanmış meyitini aşkarlayıblar.
Yaxınlıqdakı tikililər mühafizə olunub.
Yanğın söndürülüb.