MARAQLI: SƏN DEMƏ ÜRƏYİMİZN DƏ AĞLI VARMIŞ

Alimlər ürəyin içərisində kiçik bir “beyin” kəşf ediblər.

Karolinska İnstitutu və Kolumbiya Universitetinin, İsveç tədqiqatçıları ürəyin öz “mini-beyni” – ürək döyüntüsünü tənzimləyən müstəqil sinir sistemi olduğunu aşkar ediblər.

Alimlər 20-ci əsrin əvvəllərindən bəri ürəyin içində sinir hüceyrələrini olduğunu bilirdilər, lakin onların əhəmiyyəti tam olaraq başa düşülməmişdi. Uzun illər ürəyin idarə olunmasının tamamilə mərkəzi sinir sistemi (beyin və onurğa beyni) tərəfindən təmin edildiyi düşünülürdü.

Təcrübələr göstərib ki, “mini-beyin” beynin hərəkət və nəfəs almanı necə tənzimlədiyi kimi, ürək döyüntüsünün idarə olunmasında da əsas rol oynayır. Alimlər ürəkdə müxtəlif funksiyalara malik bir neçə növ neyron kəşf ediblər ki, bunlardan biri ürək ritminə cavabdehdir.

Lakin müasir tədqiqatlar ürəkdəki sinir hüceyrələrinin yalnız ötürücü deyil, həm də mürəkkəb yerli tənzimləyici funksiyaları yerinə yetirdiyini ortaya qoymağa başlayıb. Ürəyin beyindən asılı olmayaraq, qərar qəbul edə bilən daxili sinir şəbəkəsi var. Başqa sözlə, ürək müstəqil şəkildə fəaliyyət göstərə bilən, yaxşı təşkil olunmuş və ağıllı daxili sinir sisteminə malikdir.

Bu sistem bəzən ürəyin “kiçik beyni” adlanır. O, ürək toxumasında yerləşən sinir hüceyrələrinin çoxluqlarından ibarətdir və ürəyin döyüntüsünü tənzimləyə, elektrik siqnallarını idarə edə və beyindən asılı olmayaraq, qan təzyiqi kimi yerli dəyişikliklərə cavab verə bilir.

Bu sistem hələ də tam araşdırılmayıb. Bunu anlamaq, ürəyin psixoloji və emosional vəziyyətlərdən necə təsirləndiyini daha yaxşı izah etməyə kömək edə bilər.

Bu tapıntılar bizə emosiyalarımızın və stressimizin ürək sağlamlığına təsirini daha yaxşı başa düşməyə kömək edir.

Məlum olur ki, ürək yalnız qan vurmur; o, özündə kiçik bir beyin olan “ağıl işığı” daşıyır.

Hətta diktatura meyllərinə malik beyin belə bəzən sevgi və ya qorxu kimi ürək döyüntüsünü artıran güclü emosiyaların öhdəsindən gəlməkdə çətinlik çəkə bilər. Ürək “tarazlıq hormonu” və “sevgi hormonu”nun istehsalından məsul olan həyati bir hormonal orqandır.

Öz qərarlarını verən, ritmini qoruyan və emosiyalara, səslərə və göz yaşlarına cavab verən daxili güc.

Yalnız indi elm pıçıldayır:

Ürək sadəcə ət deyil; o, qavrayış, intuisiya və yaddaşdır.

Hazırladı: Esmira ŞÜKÜROVA