Ukrayna ilə bağlı dialoq bərpa olunmalıdır.
Belə bir çağırışı NATO admiralı Cüzeppe Kavo Draqon edib.
O, buna səbəb kimi cəbhədəki hazırkı çıxılmaz vəziyyəti göstərib.
“Rusiya-Ukrayna müharibəsi dalana dirənib. Oturub danışmaq vaxtıdır. Çünki bu, həyat itkisidir”, – deyə NATO admiralı vurğulayıb.
Draqon Şimali Atlantika blokunun Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.




