Şəhid Yusifov İmaməddinin şəhadətə qovuşduğu gündən 5 il ötür

Yusifov İmaməddin Niyaməddin oğlu 2002 ci il iyul ayının 22-si Qəbələ rayonu Mıxlıqovaq kəndində anadan olmuşdur. 2008 ci il Fəzail Həmidov adına Mıxlıqovaq kənd orta məktəbinin birinci sinfinə getməyə başlamış,  həmin məktəbin doqquzuncu sinfini bitirmişdir. İmaməddin 2020 ci il iyul ayında həqiqi hərbi xidmətə getmişdir. Həqiqi hərbi xidmətini ilk olaraq  Ağcabədi  rayonunda yerləşən N saylı hərbi hissədə keçməyə başlamışdır. 2020 ci il 27 sentyabrda başlanan Qarabağ müharibəsində Füzuli rayonunda yerləşən N saylı hərbi hissə tərkibində iştirak etmişdir. 2020 ci il 10 oktyabr tarixində Füzuli-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəbələ rayonu Mıxlıqovaq kənd qəbristanlığında dəfn olunub. Bir bacı bir qardaşı var.

Allah rəhmət eləsin şəhidlərimizə 

Təranə Alməmmədova 

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri