Bu gün Qəbələ rayon Böyük Pirəlli kənd səhid Eyyubov Sərvan Yusif oglunun 5- çi il dönümü qeyd olundu.
Tədbirdə kənd sakinləri, din xadimləri, qazilər, şəhid ailələri , müəllimlər , medya nümayəndələri ,yazarlar iştirak etmişlər.
Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur
Sərvan Eyyubov evli idi, üçyaşlı bir oglu var.
Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir
Eyyubov Sərvan Yusif oğlu 2 noyabr 1998-ci ildə Qəbələ rayonunun Böyük Pirəlli kəndində anadan olub.
Orta təhsilini Böyük Pirəli kənd orta məktəbində aldıqdan sonra təhsilini Qəbələ Peşə Məktəbində davam etdirib.
2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Xidmətini çavuş olaraq başa vurub. 29 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsinə kəşfiyyatçı olaraq qatılıb. 12 oktyabr 2020-ci ildə Tərtər istiqamətində şəhid olub. Qəbələ rayonu Böyük Pirəli kənd məzarlığında dəfn edilib.
Evli idi. Şəhidimizin şəhadətə ucalmağından 7 ay sonra Tuncay adlı övladı dünyaya gəlib
Allah rəhmət eləsin şəhidim
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəz Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyin rəhbəri
















