Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval bir sıra görüşlər üçün avqustun 7-də Moskvaya səfər edəcək.
Bu səfər Nyu Dehlini Rusiya neftinə yüksək rüsumlarla hədələyən ABŞ prezidenti Donald Trampın görünməmiş təzyiqi fonunda baş tutub.
Bildirilir ki, Dovalın bir sıra görüşləri planlaşdırılıb. Milli təhlükəsizlik müşavirinin ardınca Hindistanın xarici işlər naziri Subrahmanyam Caişanın da Rusiyaya səfəri gözlənilir.
Qeyd edək ki, Hindistan rəsmilərinin səfərləri ABŞ-la gərginliyin artması fonunda baş verir. ABŞ prezidenti Donald Tramp dünən Hindistan ixracatına tətbiq edilən rüsumları əhəmiyyətli dərəcədə artıracağını bildirib. O, Hindistanı külli miqdarda Rusiya nefti almaqda və sonra onun böyük hissəsini açıq bazarda böyük gəlirlə satmaqda ittiham edib.
Hindistan Xarici İşlər Nazirliyi buna cavab olaraq, Vaşinqtonun hücumlarını əsassız adlandırıb və Yeni Dehlinin öz milli maraqlarını müdafiə edəcəyini bildirib.




