Kiyev Ərdoğanın səfərinə hazırlaşır: Amma maneələr var

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər etməyi planlaşdırır. Rəsmi Kiyev hazırda bu səfərə hazırlaşır.

Bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal “RBC-Ukrayna” portalına müsahibəsində bildirib.

O, səfərin Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə baş tutacağını vurğulayıb.

“Tərəflər arasında səfərin həyata keçirilməsinə mane ola biləcək çoxlu məsələlər var. Ona görə də onun hazırlanması ciddi səylər tələb edir”, – diplomat qeyd edib.

Səfir onu da əlavə edib ki, səfərin əsas mövzusu iki ölkə arasında azad ticarət sazişinin ratifikasiyası ola bilər.