Bakı və İrəvan sülh sazişini imzalamağa çox yaxındırlar.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti ATƏT-in Minsk qrupunun ləğvi və sülh sazişinin paraflanması ilə bağlı fəal müzakirələr aparır.
Baqdasaryan Azərbaycanla razılaşma əldə edildikdən sonra 42 km uzunluğunda olan dəmir yolunun tikintisinə başlanacağını da açıqlayıb.




