İran və Almaniya, Fransa və Böyük Britaniya arasında danışıqlar iyulun 27-də Cenevrədə keçiriləcək.
Bu barədə “Sky News Arabia” telekanalı mənbələrə istinadən məlumat yayıb.
***
İran üç Avropa ölkəsi ilə nüvə problemi üzrə danışıqların keçirilməsi barədə razılığa gəlib.
İran Almaniya, Fransa və Böyük Britaniya ilə bu mövzuda razılıq əldə edib.
Agentliyin mənbələrinə görə, danışıqlar ölkələrin xarici işlər nazirləri müavinləri səviyyəsində keçiriləcək. Danışıqların formatı razılaşdırılıb, onların keçirilmə vaxtı və yeri ilə bağlı isə müzakirələr davam etdirilir.




