İsrail Baş naziri Benyamin Netanyahu qidadan zəhərlənib.
Bu barədə Baş nazirin Ofisi məlumat yayıb.
Məlumata görə, o, iyulun 20-nə keçən gecə özünü pis hiss edib və həkimə müraciət edib. Narahatlığın səbəbi “xarab olmuş qidanın qəbulu” olub. Müayinənin nəticəsində ona bağırsaq iltihabı diaqnozu qoyulub.
Hazırda baş nazirin vəziyyəti yaxşı qiymətləndirilir.
Qeyd olunub ki, Netanyahu növbəti üç günü evində keçirəcək və oradan dövlət işlərini idarə etməyə davam edəcək.




