“Mərhəmət paltarı”: Şahzadə Diananın əşyaları ABŞ-də keçirilən hərracda rekord məbləğə satıldı

ABŞ-nin Los-Anceles şəhərində şahzadə Diana ilə bağlı ən böyük əşyalar kolleksiyası hərraca çıxarılıb.

Bu barədə “The Times” qəzeti məlumat yayıb.

Uels şahzadəsi Dianaya məxsus, üzərində çiçək naxışları olan ipək libas cümə axşamı keçirilən hərracda 520 min ABŞ dollarına satılıb.

Bu geyim “mərhəmət paltarı” kimi tanınır – Diana onu tez-tez xəstəxanalara səfərləri zamanı geyinirdi. Lotun ilkin qiyməti cəmi 50 min dollar idi.