Çilinin dünyanın ən quraq çölü kimi tanınan Atakama səhrası cümə axşamı qarla örtülüb.
Bu barədə orada yerləşən ALMA rəsədxanasının nümayəndələri məlumat veriblər.
“İnanılmaz! Dünyanın ən quraq səhrası, Atakama qarla örtülüdür!”, – rəsədxananın X sosial şəbəkəsindəki paylaşımında deyilir.
Yayımlanan videoda qeyd edilib ki, belə hadisə son on ildə ilk dəfə müşahidə olunur.
“Mercurio” qəzetinin məlumatına görə, meteoroloqlar bölgədə yağış və fırtınalı hava şəraiti proqnozlaşdırmışdılar.




