2024-cü ildə Türkiyədə doğuş nisbəti qadın başına 1,48 uşaq olmaqla rekord minimuma düşüb.
Bu barədə ölkənin Statistika Bürosunun (TÜİK) məlumatənda qeyd olunub.
Mütəxəssislər hesab edirlər ki, inkişaf etmiş, ölüm səviyyəsi aşağı olan ölkələrdə əhalinin çoxalması üçün hər qadına 2,1 uşaq doğulmalıdır.
“2001-ci ildə doğum əmsalı 2,38, 2024-cü ildə isə 1,48 uşaq olub. Artıq 8 ildir ki, bu rəqəm əhalinin təkrar istehsalı üçün tələb olunan səviyyədən aşağı olaraq qalır”, – Büro bildirib.
Ən yüksək doğum göstəriciləri ölkənin şərqində, Şanlıurfa vilayətində – demək olar ki, 3,3, həmçinin Şırnak və Mardində qeydə alınıb. Vəziyyət ən pis Bartın və Eskişehir əyalətlərindədir ki, burada hər qadına 1,1 uşaq düşür.
Statistikaya görə, əgər 2001-ci ildə türk qadınları ilk övladını təxminən 27 yaşında dünyaya gətirirdisə, 2024-cü ildə artıq bu proses 29 yaşından sonra baş verir.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl ölkədə doğum səviyyəsinin azalmasından ciddi narahatlığını bildirib. Çətin demoqrafik vəziyyətlə əlaqədar Türkiyə hakimiyyəti 2025-ci ili ailə ili elan edib və doğum səviyyəsini artırmaq üçün bir sıra tədbirlər görəcəyini açıqlayıb.
Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixinə Türkiyənin əhali sayı 2023-cü illə müqaisədə 292 56 nəfər artaraq, 85 milyon 664 944 nəfər olub. Bildirilib ki, kişilərin sayı 42 milyon 853 min 110 nəfər (50,02%), qadınların sayı isə 42 milyon 811 min 834 nəfərdir (49,98%).