Papa öldü, 900 illik kitab yenidən gündəmə gəldi: Dünyanın sonu iddiası

0
18

Papa Fransiskin ölümündən sonra 1139-cu ilə aid edilən və Müqəddəs Malaki tərəfindən yazıldığı iddia olunan “Papaların kəhanəti” kitabı yenidən gündəmə gəlib.

1595-ci ildə Benediktin keşişi Arnold Vion tərəfindən Vatikanın məxfi arxivində aşkarlandığı iddia edilən kitabda 112 qısa və sirli cümlə var.

Bu cümlələrin hər birinin tarixdəki müxtəlif papaların xüsusiyyətlərinə aid olduğu düşünülür. Kitabın son bölməsi sonuncu papa olan “Romalı Pyotr” ifadəsi ilə diqqət çəkir.

Bəzi şərhçilər hesab edirlər ki, kitabdakı “Romalı Pyotr” ifadəsi Papa Fransiskdən sonra gələcək şəxsin simvolik adıdır. Digərləri isə Papa Fransisin sağlamlıq vəziyyətinə görə bu titulu təmsil etdiyini və onun “sonuncu Papa” ola biləcəyini iddia edir.

Həmçinin, kitabın fərqli şərhlərinə görə, dünyanın sonu 2027-ci ildə gələ bilər. Bu tarix Malakinin proqnozlarının başlanğıc ili olaraq qəbul edilən 1585-ci ilə 442 il əlavə edilərək əldə edilən bir tarixdir.

Bəzi tarixçilər və ilahiyyatçılar bu mətnin Müqəddəs Malaki tərəfindən yazılmadığını, 16-cı əsrdə papa seçkilərinə təsir etmək üçün yazılmış ola biləcəyini iddia edir. Müqəddəs Malaki 12-ci əsrdə İrlandiyada yaşamış arxiyepiskopdur. O, Roma Kilsəsini İrlandiya Kilsəsi ilə uyğunlaşdırmaq üçün etdiyi islahatlarla tanınır.