Tramp dama oynayır: Almaniyadan sərt açıqlama

0
13

Ağ Evin rəhbəri ticarət tariflərinin tətbiqindən sonra kortəbii qərarlar qəbul edir.

Bunu Almaniya Sənaye Birliyinin (BDI) rəhbəri Peter Leybinger deyib.

Leybingerin sözlərinə görə, Tramp instinktlə hərəkət edir və istehsalı canlandırmağa və Amerikanı yenidən sənayeləşdirməyə çalışır. O deyib ki, Tramp hesab edir ki, Avropa İttifaqı ABŞ-ı istismar edir və ondan ticarət kəsirini tarazlamağı tələb edir.

“Tramp şahmat oynamır, dama oynayır. Növbəti gediş əvvəlki hərəkət edildikdən sonra bəlli olur”, – deyə o yekunlaşdırıb.