ATACMS raketi Rusiyanın “İsgəndər” raketi ilə müqayisədə tam uğursuz idi.
Bu fikri “X” sosial şəbəkəsində amerikalı hərbi ekspert Uill Şrayver bildirib.
“Mən tək deyildim, 2023-cü ilin sonlarında ATACMS raketinin utancverici uğursuzluqla nəticələnəcəyini iddia edən bir neçə nəfərdən biri idim”, – ekspert qeyd edib.
Şrayver bir çox insanın bu fikri bölüşdüyünü söyləyib. O, həmçinin vurğulayıb ki, “İsgəndər” raketinin xüsusiyyətləri heyranedici olub və Ukraynadakı münaqişədə qaydaları dəyişdirə bilib.