“F-16” qırıcısını ilk dəfə qadın idarə edəcək: Bu ölkədəndir

0
16

Polşada “F-16” döyüş təyyarəsini ilk dəfə qadın idarə edəcək.

Bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış sosial şəbəkədə yazıb.

“Hərbi Hava Qüvvələrimiz və bütün Polşa Silahlı Qüvvələri üçün vacib xəbər – “F-16” qrıcı təyyarəsini ilk dəfə qadın pilot idarə edəcək”, – deyə o qeyd edib.

Nazirin sözlərinə görə, zabit Laskdakı 32-ci Taktiki Hava Bazasında xidmət edir.

“O, ABŞ-da təlim keçib və indi bizim qırıcılarımızı idarə edə bilir”, – deyə nazir əlavə edib.

Kosinyak-Kamışın qeyd edib ki, daha ​​bir qadın pilot Kşesindəki 31-ci bazada təlim keçir.

Qeyd edək ki, Polşa Hərbi Hava Qüvvələri 48 ədəd “F-16” qırıcısına sahibdir.