Aprelin 15-də Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) İcraiyyə Komitəsinin yığıncağı keçirilib. İcraiyyə Komitəsinin sədri, AİJA prezidenti Eldar İsmayılov çıxış edib. O, AİJA yaradılmasının 30 illiyi ilə bağlı qarşıda duran mühüm məsələlərə toxunub. Qurumun rəhbəri vurğulayıb ki, bu il həm də Milli Mətbuatımızın təşəkkül tapmasınından 150 il ötür. O, AİJA-nın Milli Mətbuatımızın həyatında 30 il mühüm yer almasını böyük fəxarət hissi olduğunu diqqətə çatdıraraq bu əlamətdar hadisələrin layiqincə qeyd edilməsi üçün icrakom üzvlərinin hər birinin dəyərli təkliflərinin diqqətə alınacağını qeyd etdi.
İcraiyyə Komitəsinin üzvləri – baş katib – Rövşən Binnətli, vitse prezidentlər Nərgiz Mahmudzadə, Ramin Allahverdiyev, üzvlər Rizvan Cəfərov, Rüstəm İsmayılov, Salatın Miriyeva, Mədinə Karahan və Günay Mahmudovanın fikirləri maraqla dinlənildi
Tədbirdə müxtəlif təkliflər səsləndirən icrakom üzvləri təmsil etdikləri AİJAnın 30 illik yubileyi münasibətilə silsilə tədbirlərin həyata keçirilməsi üçün öhdəliklər götürüblər.

