“Time” jurnalı 2025-ci il üçün dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısını dərc edib.
Siyahı altı kateqoriyaya bölünüb.
Siyasətçilər kateqoriyasında ABŞ Prezidenti Donald Trump, vitse-prezident Cey Di Vens, “SpaceX”in qurucusu İlon Mask və ticarət naziri Hovard Latnik yer alıb. Böyük Britaniyanın Baş naziri Kir Starmər, Almaniyanın gələcək kansleri Fridrix Merts, Argentina Prezidenti Xavyer Miley və Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa da buraya daxil ediliblər. Vladimir Putinin siyahıda yer almaması diqqət çəkib.
“İncəsənət xadimləri” kateqoriyasında müğənni Ed Şiran və aktrisa Skarlett Yohansson, “Kumirlər” kateqoriyasında isə aktyorlar Demi Mur və Edrien Brodi yer alıblar.
Digər bir diqqət çəkən kateqoriya olan “Titanlar”da isə tennisçi Serena Uilyams, dəfələrlə Olimpiya çempionu olmuş gimnast Simona Bayls və “Meta”nın qurucusu Mark Zukerberqin adı diqqət çəkib.