Moskva və Vaşinqton Rusiya Federasiyası və Ukrayna ərazilərindəki enerji obyektlərində atəşkəs rejiminin tətbiqi üçün tədbirlər hazırlamaq barədə razılığa gəliblər.
Bu barədə Rusiya və Amerika ekspert qruplarının Ər-Riyadda keçirilən görüşünün yekunu üzrə Ağ Evin yazılı bəyanatında bildirilib.
“Birləşmiş Ştatlar və Rusiya prezidentləri Vladimir Putin və Donald Tramp arasında Rusiya və Ukraynadakı enerji obyektlərinə zərbələrin endirilməsinə qadağa qoyulması haqqında sazişlərin həyata keçirilməsi üçün tədbirlər hazırlamaq barədə razılığa gəliblər ”, – nəşr yazır.
Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ Rusiya kənd təsərrüfatı və gübrə ixracının qlobal bazarlara bərpasına dəstək verəcək .
Bir gün əvvəl Səudiyyə Ərəbistanında Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Görüş ümumilikdə 12 saat davam edib.