Rusiyadan “Telegram”a YENİ TƏLƏB: həmin stikerləri silin

0
15

Roskomnadzor “Telegram” messencerindən qadağan olunmuş stikerlərin iki dəstini silməyi tələb edib.

Söhbət nasist təsvirləri olan dəstlərdən gedir.

“Məhkəmənin qərarına əsasən, Roskomnadzor yuxarıda qeyd olunan internet səhifələrini Qadağan olunmuş İnformasiyanın Vahid Reyestrinə əlavə edib”, – agentliyin press-relizində deyilir.

Ötən həftə Kirov vilayətinin Zuevski Rayon Məhkəməsi Telegram-da iki dəst nasist və ekstremist stikerlərin istifadəsini qadağan edib. Qərar Zuevski rayon prokurorunun internetdə qadağan olunmuş simvol və atributların təsvirləri olan materialları olan internet resurslarının müəyyən edildiyini bildirən müraciətindən sonra qəbul edilib. Prokuror Rusiya Federasiyası ərazisində stikerlərin qadağan edilməsini istəyib .

2022-ci ilin fevral ayından etibarən Rusiya məhkəmələri “Telegram Messenger Inc”ə ümumilikdə 63,4 milyon rubl məbləğində cərimə tətbiq ediblər. Hər biri 7 milyon rubl olmaqla ən böyük cərimələr ekstremizm və uşaq pornoqrafiyası çağırışlarının aradan qaldırılmamasına görə verilib.