Suriya artilleriyası Livan ərazisinə zərbələr endirdi

0
13

Suriya ordusunun artilleriya bölmələri Livan ərazisinə irimiqyaslı zərbə endirib.

Bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb .

Qeyd olunub ki, Suriyadan edilən hücum nəticəsində bir uşaq yaralanıb və onu xilas etmək mümkün olmayıb.

Atəş altında olan bölgələrdən sakinlər evlərini tərk edərək Hermel şəhərinə doğru getməyə başlayıblar .

Martın 6-da Latakiya, Tartus və Hums əyalətlərində Suriyanın yeni rəhbərliyini dəstəkləyən təhlükəsizlik qüvvələri ilə Əsədə sadiq birliklər arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər keçmiş prezidentin ailəsinin mənsub olduğu dini azlıq olan Ələvilərin yaşadığı Cəblə şəhərində baş verib.

Martın 10-da hakimiyyət bu bölgələrdə əməliyyatın başa çatdığını və Əsədə bağlı qüvvələrin zərərsizləşdirildiyini açıqlayıb. Son məlumatlara görə, Suriyanın qərbində münaqişə başlayandan silahlı qüvvələr arasında 250 nəfər, mülki əhali arasında isə 900 nəfər itki verib.