Avropa İttifaqının (Aİ) yeni 16-cı sanksiyalar paketi çərçivəsində daha 11 Rusiya bankı və iki bank olmayan kredit təşkilatı üçün SWIFT-ə giriş qadağası martın 17-dən qüvvəyə minir.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
SWIFT-dən ayrılacaq bankların siyahısına “Ak Bars”, “Uralsib Bank”, “Bank Tochka”, “Milli Ehtiyat Bankı”, “Roseximbank” , “Bank Sinara” və başqaları daxildir.
“Bank Tochka”nın mənbəyə verdiyi məlumata görə, SWIFT ilə əlaqənin kəsilməsi bankın fəaliyyətinə təsir etməyəcək.
Bu yaxınlarda Aİ-nin xarici siyasət rəhbəri Anitta Hipper bildirmişdi ki, Aİ ölkələri Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə etməyiblər.
Martın 13-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı bəyan edib ki, Rusiyaya qarşı bütün sanksiya məhdudiyyətləri qanunsuzdur və ləğv edilməlidir. Eyni zamanda, Kreml nümayəndəsi Rusiyanın “sanksiyalara mükəmməl uyğunlaşdığını” vurğulayıb.