AZAL-ın qəzaya uğrayan təyyarəsinin YAYIMLANMAMIŞ FOTOLARI

0
14

Xəbər verdiyimiz kimi, Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsi ilə baş vermiş qəzanın təhqiqatına dair ilkin hesabat”ı dərc edib.

Nazirlik hesabata təyyarənin əvvəllər yayımlanmamış fotolarını da əlavə edib.

“Qorunub saxlanılan fraqmentlərin ilkin müayinəsi nəticəsində təyyarənin quyruq hissəsində, şaquli stabilizatorda və üfüqi stabilizatorda, sükan və istiqamət sükanlarında müxtəlif ölçülü və formalı çoxsaylı deşik və qeyri-deşik zədələr aşkalanıb. Oxşar zədələr hava gəmisinin sol mühərrikində və sol qanadında, həmçinin hava gəmisinin aqreqat və komponentlərində də aşkar edilib. Bəzi yerlərdə zədələr düzgün düzbucaqlı formaya malikdir”, – hesabatda qeyd olunub.